“Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 30 filialı fəaliyyət göstərməkdədir.
Təlimçi
Namizədə tələblər:
1. Bank və ya Bank olmayan kredit təşkilatında kreditvermə sahəsində ən azı iki il iş təcrübəsinin olması;
2. Bank və ya bank olmayan kredit təşkilatında təlimçi kimi ən azı 1 il iş təcrübəsinin olması; (arzu olunandır)
3. Dərs demə və öyrətmə bacarığının olması;
4. Məsuliyyətlilik və gördüyü işə görə cavabdeh olmağı bacarmaq;
5. Örnək ola bilmək;
6. Qarşı tərəfdə fikir dəyişə bilmək bacarığı;
7. Mükəmməl davranış, ünsiyyət, diqqətli olmaq və təlim bacarıqları;
8. Microsoft PowerPoint və Adobe Acrobat proqramlarında işləmək bacarığının olması;
9. Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı (ingilis dili bilənlərə üstünlük verilir);
10. Güclü təşkilati bacarıqlar.
11. Ezamiyyətlərə getmə imkanı;
12. Sürücülük vəsiqəsinin olması;
İşin təsviri:
1. Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim materiallarını hazırlamaq (razılaşdırmaq), şirkət daxili təlimlər keçmək, təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək;
2. Şirkətin siyasət və proseduralarına dair kredit işçilərinin nəzəri və praktiki bacarıqlarının yüksəldilməsini təmin etmək məqsədi ilə işçi heyətinə birbaşa təlimlər keçmək;
3. Təlim materiallarının qiymətləndirilməsində rəhbərliyə yardım göstərmək, təlim üçün yeni materialların və testlərin hazırlanmasına dəstək olmaq;
4. Kredit işçilərinin təliminə və inkişaf tədbirlərinə dair hesabatlar hazırlamaq;
5. Təlimlərin keçirilməsini təmin etmək məqsədi ilə müvafiq təşkilatçılığın görülməsi:
E-mail [email protected]