Layihənin Baş Memarı

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
  • Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
  • Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
  • Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; 
  • Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
  • Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək; 
  • Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək;

Bilməlidir:

  • Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları; 
  • Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; 
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;
  • Layihələndirmənin metodlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları; 
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni; 

İxtisas tələbləri:

  • Müvafiq sahə üzrə ali ixtisas təhsili;
  • Müvafiq sahədə ən azı 3 il təcrübə;
  • Kompüter bilikləri: 
    • AutoCAD proqramında işləmə bacarığı; 
    • MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
    • Archicad və ya Revit arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması (ingilis və rus dili arzu olunandır)
  • Layihəyə nəzarət bacarığına malik olmaq;
  • Komandada işləmə bacarığına malik olmaq;
  • Diqqətli və dəqiq olmaq;
  • İşgüzar və məsuliyyətli olmaq;

İş barədə məlumat:

  • İş yeri:   Bakı şəhəri
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
  • Azərbaycan Respublikasının-nın Əmək Məcəlləsinə əsasən işə qəbul

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən digər vakansiyalar