Satış məsləhətçisi

  • SR Group Company
  • Elanın qoyulma tarixi: 10.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər 

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili biliyi;
  • Müvafiq sahədə 2 (iki) ildən az olmayaraq iş  təcrübəsi; 
  • Kompüter bilikləri, MS Office proqramları,1C;
  • Dinamiklik, ünsiyyət  və inandırma bacarığı;

Namizədə xüsusi tələblər

  • Avto Sector  sahəsində iş təcrübəsi; 

Vəzifə öhdəlikləri

  • Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda  olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
  • Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq;
  • Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
  • Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində Satış məsləhətçisi qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.