İşin təsviri
Vəzifə öhdəlikləri:
- Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək;
- Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi;
- İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək;
- Anbarda saxlanılan bütün məhsulların aylıq yoxlanışını həyata keçirmək;
- Sifariş vermiş şöbəyə alışın gecikdirilməsi dövründə “minimumdan aşağı” məhsulların göndərilməsini tənzimləmək;
- Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmamağını yoxlamaq;
- Az istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq;
- Bu vəzifənin məqsədlərinə nail olmaq üçün Şirkətin tətbiq etdiyi siyasətə müvafiq olaraq bütün vəzifələri və öhdəlikləri müvəffəqiyyətlə və vaxtında həyata keçirmək;
- Otelin İşçi heyətinin Təlimatlar Kitabında və Otelin Yanğın, Gigiyena, Sağlamlıq və Təhlükəsizlik Təlimatlarında qeyd edilmiş Qaydalara və Təlimatlara riayət etmək;
- Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi;
Tələblər:
- Tam orta təhsil, Bakalavr təhsili üstünlükdür;
- Iscala biliyi;
- Yaxşı ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq