Bank sistemləri departamentinin Eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 18.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Bank sistemləri departamentinin Eksperti

Bankımız haqda:

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 24 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir. 
 
Əsas vəzifə və öhdəliklər:

- Bankın Proqram təminatının dəstəklənməsi

Tələb olunan kriteriyalar:

- Ali (İnformatika və ya riyaziyyat sahəsində ali təhsilin olması üstünlük təşkil edir);
- 1 ildən artıq iş təcrübəsinin olması;
- SQL, PL/SQL proqramlarını yüksək səviyyədə bilmək;
- Tomcat və Linux əməliyyat sistemini bilmək;
- Analitik məntiq və yaradıcılıq keyfiyyətlərinin olması;
- Məsuliyyətli və dəqiq;
- Azərbaycan və rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir);
- Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.

Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “Bank sistemləri departamenti” yazmaqla öz CV-lərini və ya bankın saytında http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 İyul 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

İşəgötürənin reytinqi