İşin təsviri
Vəzifə öhdəlikləri:
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bitkiçilik istiqaməti üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Müvafiq sahə üzrə beynəlxalq standartları və yerli qanunvericiliyi bilməli;
- Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
- Ezamiyyətlərə getmək imkanın olması.
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar Departamenti
- Bilavasitə tabe olduğu şəxs: Departament Rəhbəri
- İş yeri: Füzuli, Ağcabədi və İmişli təsərrüfatları
- İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
- Son müraciət tarixi: 08.11.2024
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş aqronom, Aparıcı aqronom və ya Aqronom) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq !