İşin təsviri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta;
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
İşin təsnifatı:
- Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
- Təmizlik işçilərinin rəhbərliyi, motivasiyası və təlimi. İşçilərin performansını izləmək və qiymətləndirmək;
- Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
- Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
- Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
- Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunmas;
- Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
- Çamaşırxana işlərinin gündəlik planlaşdırılması və icrasını təmin etmək;
- Çalışanların rəhbərliyi, iş bölgüsü və motivasiyası. Yeni işçilərin təlimatı;
- Çamaşırların yuyulması və işlənməsində standartların qorunması, mütəmadi yoxlamalar aparmaq;
- Çamaşırxana avadanlıqlarının düzgün işləməsini təmin etmək, texniki xidmət və təmir işlərini təşkil etmək;
- İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali və orta təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : (Şamaxı şəhəri)
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Təmizlik və Çamaşırxana üzrə supervisor” başlığı altında qeyd edilmiş e-mail ünvanına göndərə bilərsiniz.