Kredit meneceri (İmişli filialı)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 17.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC İmişli filialına Kredit meneceri vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Çalışdığı filialın kredit fəaliyyətinə nəzarət etmək;
• İşçilərlə birgə müştərilərə vizit, biznesin təhlili, filialların kredit komitələrində mütləq səs hüququ ilə iştirak etmək;
• Gecikdirilmiş kreditlərin qaytarılması ilə bağlı görülən işlərin  təşkili və onlara rəhbərlik edilməsi;
• Çalışdığı filiallarda işçilərə, onların işinə və kredit portfellərinə nəzarət etmək;
• Kredit dosyelərinin vəziyyətinə nəzarət etmək;
• Filiala yeni partnyor şirkətlər cəlb etmək;
• Filialda birbaşa marketinq funksiyasının təşkilinin aparılması;
• İşçilərə limitlərin verilməsi ilə bağlı təkliflərin verilməsi, onların sərbəst şəkildə verdiyi kreditlərə nəzarət etmək;
• Monitorinq planına əsasən işçilər tərəfindən monitorinqlərin vaxtında keçirilməsinə nəzarət etmək;
• Təhkim olunmuş təcrübəçilərin təlimi və onlar haqqında rəyin verilməsinin təşkilini aparmaq;
• Filial müdiri işdə olmadıqda, onun vəzifələrini icra etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Tabeçiliyində olan kredit mütəxəssiləri tərəfindən monitorinqlərin plana uyğun keçirilməsini təmin edərək  keyfiyyətinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Ən azı 5 il kredit sahəsində iş təcrübəsi;
• Bir qrup insanlarla rəhbərlik etmək təcrübəsi;
• Bank işini tənzimləyən qanunvericilik  və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış bilməlidir;   
• Biləvasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan  qanunvericilik  və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini, eləcə də, bankdaxili  normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 iyun 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit Meneceri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.