1C operator

  • Amper Elektrik
  • Elanın qoyulma tarixi: 08.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Satış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
  • Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
  • Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
  • Mədaxil və məxaric sənədlərinin hazırlanması;
  • Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
  • Proqramda məhsul və kontragentlərin açılması;
  • Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;

Namizədə Tələblər:

  • Ofis proqramları bilikləri mütləqdir, əsasən, 1C biliyi.
  • Dəqiq və diqqətli olmalı.
  • Ali təhsil

İş şərtlərimiz:

  • Əmək haqqı: Net 900 Azn
  • İş qrafiki: I-VI günlər 09:00-18:00
  • Rəsmi işdir və işçi müvafiq sahə üzrə qeydiyyata alınacaq
  • Ünvan: 8km Xalqlar Dostluğu metrosu yaxınlığı

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “1C Operator” sözlərini qeyd edərək e-mail ünvanına göndərsinlər.