Təhlükəsizlik işçisi

İşin təsviri

Əsas öhdəlikləri:

  • Binanın, qonaqların və işçilərin qorunmasını təmin etmək və təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq rəhəbrlik tərəfindən qoyulmuş qaydaların tətbiq edilməsinə nəzarət etmək.
  • Kameralara və ərazidə quraşdırılmış bütün siqnalizasiya sisteminə nəzarət etmək.
  • Fövqaladə hallar zamanı bütün lazımi tədbirləri görmək.
  • Qonaqların, ziyarətçilərin və işçilərin binaya giriş-çıxışına nəzarət etmək.
  • Müəyyən olunmuş ərazilərdə təhlükəsizlik yoxlamaları aparmaq.
  • Bütün qayda pozuntuları ilə bağlı rəhbərliyə məlumat vermək.

Namizədə dair əsas tələblər:

  • Təhlükəsizlik şöbəsində əvvəlki təcrübəsi olması üstünlükdür.
  • Əla ünsiyyət və müştəri xidməti bacarıqları.
  • Əla Azərbaycan dili biliyi, rus və ingilis dillərini orta səviyyədə bilmək arzu olunandir.
  • Yüksək məsuliyyət və etibarlı olmaq
  • Yaş 24-38, boy 175 sm üzəri

Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Təhlükəsizlik işçisi” qeyd etməklə [email protected] ünvanına göndərməlidirlər. Mövzu hissəsi qeyd olunmayan müraciətlərə baxılmayacaq.