İşin təsviri
İşin təsviri:
- Torpaq, beton testlərin icrası sahəsində hesabatların hazırlanması, testlərin edilməsi, standartlara uyğun olaraq testlərin aparılması və nəticələrin hesabat halında yayımlanmasını təmin etmək
- Səyyar laboratoriyada keyfiyyət testlərinin keçirilməsi üçün laborant və nümunə hazırlama işçiləri üçün keyfiyyət planı və iş qrafiki tərtib etmək
- Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş fornalardan istifadə etməklə nəzarət etmək
- İstifadə etdiyi ölçü və cihaz avadanlıqlarını rəhbəri tərəfindən lazım bilməzsə kalibrasiya edir və kalibrasiya qeydlərini tutmaq
- Tikinti sahəsindən götürülən nümunələr əsasında beton və qruntun testlərini Keyfiyyət yoxlama planına uyğun həyata keçirmək tələb olunan standartların uyğunluğunu yoxlayır və nəticələri müvafiq hesabat formasına yazaraq hesabat hazırlamaq
- Nümunə hazırlama işçilərinin və ya laborant hazırlığı nümunələrinin uyğunluğunu mütəmadi yoxlamaq
- İş ərzində müşahidə edilən uyğunsuzluqları vaxtında aradan qaldırmaq və bu barədə hesabat hazırlayaraq Laboratoriya müdirinə hesabat vermək
- Sahədə işçilərin SƏTƏM təlimatlarına uyğun şəkildə hərəkət etdiyinə nəzarət etmək
- Test nümunələrinin şahidlərini müvafiq qaydada saxlanılmasını təmin etmək
- Mühəndis işlərinin səmərəli təşkilini, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin etmək
Bilməlidir:
- Torpaq , beton testlərinin;
- Tikintinin texnoloji proseslərini və iş ardıcıllığını;
- Laboratoriya avadanlığını, onun işləmə prinsipləri və istismar qaydalarını;
- Aparılan araşdırma işlərinin üsullarını və təşkilini;
- Tikintidə laboratoriya nəzarətinə dair standartları, texniki şərtləri, metodikaları və təlimatları;
- Nümunə üçün lazım olan məhsulların götürülmə qaydalarını və miqdarını;
- Beynəlxalq standartları və onun tələbnamələrini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizəsinin norma və qaydalarını
Tələblər:
- Ali təhsili
- Torpaq , beton testləri sahəsində minimum bir il iş təcrübəsi
- Azərbaycan və ingilis dilləri (C1) üzrə yüksək biliklər
- Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı
- Kompüter bilikləri: AutoCAD, Mirosoft Office
İş şəraiti:
- Altı günlük iş rejimi
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
- Bütün infrastrukturlara yaxın ofis məkanı
Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “Keyfiyyətə nəzarət mühəndisi” yazaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.