RTTTYM – Çağırış üzrə tibb bacısı

İşin təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (operator) vəzifəsi üzrə vakant yer elan edir:

İş yeri: 

  • Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi

Əməkhaqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Orta ixtisas tibb təhsili;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 
  • Operativlik
  • Təmkinlilik
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Ünsiyyət bacarığı.

İşin təsviri:

  • Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
  • Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
  • Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
  • Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
  • Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.

Əlavə qeydlər:

  •  İş qrafiki: növbəli (həftəlik 40 saat olmaqla)

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV qeyd edilmiş e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
  • CV-lər 21.10.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar