İşin təsviri
İş haqqında məlumat:
- Kredit müqavilələrinin yoxlanılıb, təsdiqlənməsi;
- Əməliyyat şöbəsinin iş proseslərinin idarə edilməsi və optimallaşdırılması;
- Müştərilərlə əlaqələrin idarə olunması, onların tələblərinə uyğun xidmətlərin göstərilməsi;
- Aparılmış əməliyyatlar və görülmüş işlər barədə rəhbərliyə hesabatın hazırlanması;
- Şöbə daxilində işçilərin təlimatlandırılması və peşəkar inkişafına nəzarət.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Bank və ya BOKT sahəsində təcrübənin olması üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Cv göndərilməsi üçün mail ünvanı: [email protected]