Təhsil : Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə)
İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
MS Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
Mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
Dil biliyi: Azərbaycan dili-yülsək səviyyədə, Rus və İngilis dili biliyi üstünlükdür;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
PMS sertifikatı arzuolunandır;
Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
İş barədə məlumat:
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin hazırlanmasını təmin etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
Əlavə məlumatlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
İş yeri: Bakı şəhərində yerləşir;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.