Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
Əmək haqqı : 2000 AZN
Korporativ nömrə və korporativ paket
Ünvan: Lökbatan qəs, Abşeron TM
Tələblər:
Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
Dil biliyi: Azərbaycan dili-yülsək səviyyədə, Rus və İngilis dili bilənlərə üstünlük veriləcək;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
PMS sertifikatı arzuolunandır;
Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;