Mühasib

  • Dinamo Hotel Baku
  • Elanın qoyulma tarixi: 26.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 İş şəraiti:

  • Pozisiya: Mühasib ( Cashier/ İncome Auditor);
  • İş yeri: hotel üçün;
  • 20-45 yaş arası namizədlər;
  • İş qrafiki:  5/2;
  • Əmək haqqı:  net 800 azn;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;

Namizədə tələblər:

  • İşində cəld və səliqəli olmalı;
  • Bacarıqlı, nizam-intizamlı olmalı;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
  • İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli;

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən günlük ödənilən pul vəsaitlərinin satış nöqtələri tərəfindən tələb olunan qaydada  qəbul edilməsinə nəzarət etmək;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması, kassa aparatlarından düzgün istifadə olunmasına nəzarət etmək və günlük kassa hesabatının hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
  • Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Fidelio, RKeeper) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək;
  • Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq tələb olunan hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
  • Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlər üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq;          
  • İnvoys və EQ-lərin tərtib olunması və təqdim olunmasına nəzarət etmək;
  • Debitorlar üzrə borcların təqib olunması;
  • Gündəlik bank və kassa əməliyyatlarının Mühasibat uçotunda əks olunmasını təmin etmək;
  • Aylıq Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Xəzinədar” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri qeyd edilmiş elektron ünvanına göndərməyiniz xahiş olunur.

Dinamo Hotel Baku tərəfindən digər vakansiyalar