Mexanika Mühəndisi

  • Foton
  • Elanın qoyulma tarixi: 25.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nə təklif edirik?

  • Əmək haqqı; (4000 AZN net)
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Texniki və sənədlər toplusunun hazırlanması;
  • Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət;
  • Layihə sənədlərinin hazırlanması;
  • Tikinti sahəsinin vəziyyətinin yoxlanılması;
  • İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi;
  • Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi; 
  • AutoCad ilə çizgilərin hazırlanması;
  • Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması;
  • Layihə hesabatlılığının hazırlanması;
  • BOQ hazırlanması;
  • Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi;
  • Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət;
  • Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək;
  • HVAC  istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır;
  • Qaz sobalarına, qazanlara,  kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir;
  • Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb  daxili resusların və yaxud  3-cü tərəflərin hesabına  operativ həll etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Müvafiq sahədə ali təhsil;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA;
  • Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramları biliyi;
  • AutoCad proqram biliyi;
  • Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri : Şamaxı şəhəri
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.