Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
Korporativ müştərilərlə görüşlər və təqdimatlar keçirilmək;
Korporativ müştərilərlə əlaqələrin qurulmasını, şirkətin məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
Müştəri məmnunluğunun təmini məqsədilə müştəri bazası ilə çevik kommunikasiya alətlərini qurmaq, sorğu və müraciətlərin qəbulu üzrə əsas təmas nöqtəsi olmaq;
Şirkətə yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmət üzrə təklif paketlər hazırlamaq;
Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
Cəlb edilmiş müştərilərin hesab dövriyyələrin artırılması məqsədilə aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;
Şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
Korporativ satış ilə bağlı bazar araşdırmaları aparmaq;
Yeni korporativ müştərilər cəlb etmək;
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ məhsullarını satmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları şirkətin müvafiq xidmət və məhsullarına dair məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Namizədə olan tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat);
Azərbaycan və İngilis dillərini səlis bilməli, Rus dili arzuolunandır;
Korporativ satış üzrə minimum 5 illik iş təcrübəsi;