İşin təsviri
Təsvir
- Anbara daxil olan malları qəbul etmək;
- Yükləri anbara qəbul edərkən yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdehlik daşımaq;
- Anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədlərini yoxlamaq;
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
- Anbar qalığının müntəzəm olaraq ofis əməkdaşı ilə yoxlanılıb üzləşdirilməsini təmin etmək.
Tələblər
- Orta təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Səlis azərbaycan dili biliyi və rus dili biliyi;
- 1C proqramından istifadə etmək bacarığı.
Biz nə təklif edirik:
- Azerbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.