3D dizayner

İşin təsviri

Tələblər:

  • Uyğun sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
  • 3ds Max, SketchUp kimi 3D modelləşdirmə proqramlarında və V-Ray, Enscape, Corona və ya Lumion kimi renderinq proqramlarında işləmə bacarığı
  • Binaların, landşaftların və şəhər mühitlərinin, interyerlərin ətraflı modellərini yaratmaq üçün qabaqcıl 3D modelləşdirmə proqramından istifadə bacarığı, fotorealistik vizualizasiyaların renderlərin hazırlanması 
  • Dizayn konsepsiyalarını maraqlı tərəflərə çatdırmaq üçün cəlbedici vizualizasiya təkliflərinin işlənilməsi
  • Ən son 3D modelləşdirmə texnikaları, proqram təminatı və texnologiyaları ilə yeniliklərdən istifadə bacarığı
  • 3D modelləşdirmə və memarlıq vizuallaşdırmasında sübut edilmiş təcrübə. (portfolio)
  • Post-istehsal üçün Adobe Creative Suite (Photoshop, Illustrator) proqramında güclü bacarıqlar

Vəzifə öhdəlikləri:

  • Müxtəlif və yüksək səviyyəli layihələrdə işləmək imkanları
  • Detallara yüksək diqqət və dəqiq, detallı modellər hazırlamaq bacarığı
  • Məsuliyyətli, dəqiq və işin vaxtında, keyfiyyətli təhvil verilməsi
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı
  • Memarlıq və tikinti prinsiplərini güclü şəkildə başa düşmək
  • Əmək haqqı: 2500-2800 Azn
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
  • Azerbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: A.Cəlilov küçəsi 20.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “3D dizayner” yazaraq [email protected] e-mail ünvanına göndərməsi xahiş olunur.