İşin təsviri
İş barədə məlumat:
- İnsan Resurlsarı Departamenti daxili kargüzarlıq işlərinin həyata keçirilməsi
- İşçilərə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsi. Məlumat bazası üzrə müvafiq hesabatların hazırlanması
- İşçilərin şəxsi işlərini tərtib etmək, əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq
- Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək
- Vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək
- Departament rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: Həftə içi 6 gün
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dair ümumi biliklər
- Qeyd olunan vəzifə üzrə minimum iş təcrübəsi
- Təqdimat bacarıqları
- Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandır), İngilis dili biliyi (orta səviyyədə)
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı
- MS Office programlarından peşəkar istifadə biliyi
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində " Insan Resursları üzrə köməkçi" qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.