İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin adından bağlanılan müqavilələrin layihələrini tərtib etmək, müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə və şirkətin hüquqi mənafelərinə uyğunluğunu yoxlamaq;
- Şirkətin adından prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsadətlər, etirazlar və s.) tərtib etmək;
- Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını aparmaq, onlara əlavə və dəyişikliklərin edilməsini təklif etmək;
- Şirkətin bağladığı müqavilələrin reyestrini aparmaq və arxivləşdirmə işini təşkil etmək;
- Şirkətin etibarnamələrinin, təsis sənədlərinin, məhkəmə və hüquq mühafizə orqanlarına aid sənədlərinin və digər hüquqi xarakterli sənədlərin saxlanılmasını və arxivləşməsi işini təşkil etmək;
- Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun hüquqi mənafelərinin qorunmasını təmin etmək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Tələblər:
- Ali təhsil (Hüquq üzrə );
- Azərbaycan Respublikası Qanunvericiliyini yüksək səviyyədə bilmək;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- MC Office proqramlarından istifadə bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq üzrə təcrübəçi” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.