Tibb bacısı

İşin təsviri

Məktəbdaxili tabeçilik

  • Birbaşa məktəbin direktoruna hesabat verir.
  • Yardımçı komandanın üzvüdür.

Tələb olunan keyfiyyətlər:

  1. Peşəkar tibb bacısı ixtisası üzrə diplom;
  2. Peşəkar tibb bacısı kimi uşaq tibb müəssisəsində ən azı 3 il iş təcrübəsi;
  3. Səhiyyə Nazirliyinin Sertifikasiya İmtahanından keçməsini təsdiq edən yararlı şəhadətnamə;
  4. Kompüter bilikləri (Word, Excel), internet və elektron poçtdan istifadə bacarıqları;
  5. İngilis dili bilikləri.

Ümumi vəzifələr:

  • Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi;
  • Xəstəliklə bağlı vəziyyətə müdaxilə, onun aradan qaldılması və davamlı müşahidəsi;
  • Sağlamlıq üzrə ümumi məlumatların hazırlanması, saxlanılması və yenilənməsinə görə məsuliyyət;
  • Məktəbin sağlamlıq üzrə siyasətinin, prosedurların və daxili fəaliyyət qaydalarının hazırlanması/yenidən baxılmasında köməklik;
  • Məktəb binası üçün ilk yardım çantasının hazırlanması;
  • Valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət.

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilər.