Mühafizə Rəisi

  • Resant Hotels
  • Elanın qoyulma tarixi: 12.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Resant Group MMC

Vəzifə: Mühafizə rəisi  

İş yeri: Şamaxı

Hansı bacarıqlara sahib olmalısınız:

  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
  • Şirkət ərazisinə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün yoxlanmasını təmin etməlidir ;
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
  • Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.

Bizim tələblər:

  • Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi; (Hotel və restoran sferası üzrə olması üstünlükdür)
  • Hərbi xidmət keçmiş olmalı;
  • Yaş həddi: 30 – 45 yaş;
  • Dil biliyi üstünlükdür

Təkliflərimiz:

  • İş cədvəli: Növbəli 
  • Şirkət tərəfindən yemək
  • Əmək haqqı  700-750 Azn
  • Daimi iş yeri
  • Sadiq və peşəkar komanda

Namizədlər mövzu yerində “ Mühafizə rəisi ” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.