İşin təsviri
                
                
                                
                Sosial Media Strategiyasının İnkişafı:
	- Biznes hədəflərinə uyğun sosial media strategiyasını yaratmaq, tətbiq etmək və idarə etmək.
 
	- Sosial media KPI-larını (Əsas Göstəricilər) müəyyənləşdirmək.
 
	- Ən son sosial media  trendləri və texnologiyaları haqqında məlumatlı olmaq
 
Məzmun Yaratma və Kurasiya:
	- Bütün sosial media kanalları üzrə yüksək keyfiyyətli məzmun (mətn, şəkil və video) yaratmaq və idarə etmək.
 
	- Sosial media kampaniyaları və məzmun təqvimlərini planlaşdırmaq.
 
	- Qrafik dizaynerlər, videograflar ilə əməkdaşlıq edərək ardıcıl və maraqlı məzmun təmin etmək.
 
	- Sosial media izləyiciləri ilə ünsiyyət qurmaq, şərhlərə, mesajlara və qeyd olunmalara tez və peşəkar şəkildə cavab vermək.
 
	- Potensial problemləri və ya imkanları izləmək üçün sosial media kanallarını monitorinq etmək.
 
	- İnfluenserlər ilə münasibətlər qurmaq.
 
Performans Analizi:
	- Google Analytics, Facebook Insights və s. kimi alətlərdən istifadə edərək sosial media kampaniyalarının performansını izləmək, təhlil etmək.
 
	- Sosial media performansı haqqında hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
 
	- Facebook, Instagram, LinkedIn və TikTok kimi platformalarda pullu sosial media kampaniyalarını planlaşdırmaq, həyata keçirmək və idarə etmək.
 
	- Reklam performansını izləmək və ROI-ni yaxşılaşdırmaq üçün hədəfləri, büdcəni və məzmunu tənzimləmək.
 
Tələblər:
	- Təhsil: Marketinq, Kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
 
	- Sosial Media Meneceri kimi minimum 1-2il təcrübə
 
	- Məzmun yaradılması, sosial media reklamçılığı və analitika sahəsində təcrübə.
 
	- Sosial media platformaları (Facebook, LinkedIn, Instagram, TikTok və s.) haqqında əla biliklər.
 
	- Azərbaycan və rus dillərində güclü yazılı və şifahi ünsiyyət bacarıqları.
 
	- Kreativ düşünmə və problem həll etmə bacarıqları.
 
	- Birdən çox layihəni eyni zamanda idarə etmək və müddətə uyğun işləri təhvil vermək bacarığı.
 
	- Sosial media idarəetmə alətləri ilə işləmək bacarığı.
 
	- SEO və veb trafik metrikləri ilə tanışlıq.
 
İş Şərtləri:
Tam iş günü, 5/7, saat 9:00-dan 18:00-a qədər.
 
Əmək haqqı:
700-1000 AZN təcrübədən asılı olaraq
Bütün maraqlanan namizədlərdən CV-lərini e-mail ünvanına mövzu hissəsində “Sosial Media Meneceri” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.