İşin təsviri
İş barədə məlumat:
- Əmək haqqı 700 azn + service charge + tips + bonus;
- Nahar və forma şirkət tərəfindən təmin olunur;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- İş qrafiki: Növbəli, dəyişkən
- İş yeri: Səbail rayonu (Dünya göz xəstəxanası) yanında yerləşən yeni acılacaq premium restoran
Tələblər:
- Yaş: 18-35
- Azərbaycan və rus dili bilikləri mütləqdir. İngilis dili arzuolunandır
- Təcrübə: Bu sahədə minimum 1 il iş təcrübəsi
- İş qrafiki: Növbəli, dəyişkən
- Cins: Qadın
Vəzifə öhdəlikləri:
- Restoran meneceri tərəfindən təyin edilən qaydalara əsasən rezervasiyaları qəbul və idarə etmək, masa təyinlərini düzgün həyata keçirmək;
- Təyin edilən qaydalara əsasən telefon danışıq qaydalarına riayət etmək,
- Restoran ziyarətçiləri üçün effektiv və mədəni xidmətləri təmin etmək, onlara rahat şərait yaratmaq;
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
- Yeni gələn qonaqların qarşılanması,əyləşmələri üçün masalar təklif edir,onları seçdikləri masalara kimi müşayət edib,menyunu təqdim edir;
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək;
- Qonaqların problemlərini vaxtında və yüksək səviyyədə həll etmək;
CV-lər fotoşəkilli olmaqla Word və ya PDF formatında, mövzu hissəsində “Restoran Hostes” qeyd etməklə göndəriləcəkdir. Mövzu və şəkil olmayan müraciətlərə baxılmayacaqdır.