İdarə Heyəti üzrə Köməkçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 25.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №313/14

“FINCA International” Afrika, Avrasiya və Latın Amerikasının 22 ölkəsində yüz minlərlə müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir. 
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün İDARƏ HEYƏTİ ÜZRƏ  KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan üzrə 150,000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məqsəd:

İdarə Heyəti üzrə Köməkçi planlaşdırma, hesabatlar ilə əlaqədar olaraq, Direktor, Baş Maliyyə Rəhbəri və Baş Əməliyyat Rəhbəri (“FİNCA Azerbaijan” təşkilatının İdarə Heyətinin Üzvləri) ilə birgə işləyir; bundan başqa, bu işçi inzibati məsələlərdə rəhbərliyə faydalı dəstək göstərərək, iri miqyaslı inzibati işlərin icrasına da cavabdehlik daşıyır. Həmçinin, lazım olduqda İdarə Heyəti üzrə Köməkçi şifahi və yazılı tərcümə daxil olmaqla digər gündəlik işlərin yerinə yetirilməsində Direktora kömək edir. İdarə Heyəti üzrə Köməkçi sənədlərin leqallaşdırılması/rəsmiləşdirilməsində də Direktor ilə birgə işləyir. İdarə Heyəti üzrə Köməkçi bütün şöbə və bölgələr ilə işləyir, lakin onun tabeçiliyində işçi olmur. “FINCA Azerbaijan” təşkilatının İdarə Heyəti Üzvlərinin iclasları, Audit Komitəsinin iclasları (Hüquq Şöbəsinin Rəhbəri ilə əlaqəli şəkildə), zərurət yarandığı hallarda digər iclasların protokollarının hazırlanması və tərtib edilməsinə, eləcə də həmin iclasların protokollarının saxlanılmasına görə məsuliyyət daşıyır.
İdarə Heyəti üzrə Köməkçi birbaşa olaraq Direktora, funksional tabeçilik baxımından Metodistə hesabat verir.

İdarə Heyəti üzrə Köməkçinin öhdəliklərinə daxildir:

• Sənədlərin rəsmiləşdirilməsi, konfranslara və digər həcmli tədbirlərə hazırlıq işlərinə dair bütün sahələrdə İdarə Heyətinin Üzvlərinə kömək etmək;
• İdarə Heyəti üzvlərinin ofisdəki fəaliyyətini əlaqələndirmək, onların görüş cədvəlləri və təqvimlərini  saxlamaq və iclas və konfansları təşkil etmək;
• Təşkilatın hüquqi sənədlərinin, qeydiyyatlarının, hesabatlarının fayllaşdırmaq və bərpa etmək;
• Qonaqları qarşılamaq və onların İdarə Heyəti üzvlərindən hansı ilə görüşməyini müəyyən etmək;
• İdarə Heyətinin üzvlərilə bağlı sənədlərin/məktubların (daxil olan və göndərilən) qeydiyyatını aparmaq;
• Lazımi təqdirdə rəhbərlik işçilərini ezamiyyətlərdə müşayiət etmək.

İdarə Heyəti üzrə Köməkçi vəzifəsi üçün tələb olunanlar:

• Ali təhsil.
• Azərbaycan və İngilis dilləri üzrə əla biliklər. Rus dili üzrə biliklər arzuolunandır.
• İşdə dəqiqlik və məsuliyyət. Təfərrüatlara qarşı diqqətli olmaq
• Həm şifahi, həm yazılı ünsiyyət qabiliyyəti, eləcə də Azərbaycan və İngilis dillərində yüksək yazı qabiliyyəti. Təşkilat daxilində müxtəlif vəzifəli işçilər ilə əlaqələr və əməkdaşlıq qurmaq bacarığı.
• Əla təşkilati bilik və bacarıqlar.
• Təcrübəli kompüter istifadəçisi (Word, Excel, PowerPoint)
• Beynəlxalq təşkilatlarda ən azı üç illik iş təcrübəsi.
• Azərbaycan Respublikasında mikro-maliyyə / bank sektoru barədə yaxşı biliyi olanlara üstünlük verilir.
• Uğurlu mikro-maliyyə müəssisələri yaxud banklar haqqında, yerli və xarici təşkilatların siyasət və modelləri barədə biliyi olanlara üstünlük verilir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 08 İyun 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№313/14) qeyd etməklə göndərə bilərsiniz.

Job Vacancy Announcement №313/14

FINCA International” is one of the leading global networks of microfinance institutions, providing financial services to hundreds of thousands of clients in 22 country programs in Africa, Eurasia and Latin America. Currently “FINCA Azerbaijan” is looking for a MANAGEMENT BOARD ASSISTANT.

Goal:

Management Board Assistant (MBA) works together with Chief Executive Officer (CEO), Chief Financial Officer (CFO), Chief Operations Officer (COO) (Management Board Members of F/Az) on planning and reporting; additionally, this position also assumes a fair amount of administrative work through providing valuable support to the executive team on administrative matters. Besides, Management Board Assistant, if necessary, helps CEO with performance of other daily routine tasks, including translation and interpretation. Management Board Assistant also works with CEO on legalization / registration of documentations. Management Board Assistant works with all departments and regions, but has no employee who is subordinate to him/her. S/he is responsible for preparing and transcribing minutes from F/Az Management Board meetings, Audit Committee meetings (in coordination with Head of Legal), and if asked other company meetings, as well as storing the minutes of those meetings.
The MBA reports to CEO as a solid line manager and to Methodologist as a dotted line manager

MBA’s Responsibilities Include:

• Coordinates MB office activities, maintain appointment schedules and calendars for MB, arrange meetings and conferences;
• Assists board members in all spheres on official registration of documents, preparation of conferences and other major arrangements;
• File and retrieve corporate documents, records, and reports;
• Greet visitors and determine whether they should be given access to specific Management Board Members;
• Registration of documents / Correspondences related to MB (incoming and outgoing documents);
• Travels with the executives whenever needed.

Required knowledge and skills:

• Higher education.
• Excellent knowledge of Azerbaijani and English languages. Knowledge of Russian language desirable.
• Accuracy and responsibility in the job. A high level of attention to detail.
• Communicative both verbally and in writing, with strong writing skills in both Azeri and English languages. Able to work well and establish peer relationships with employees at all levels within the organization.
• Excellent and proven organizational knowledge and abilities.
• Experienced PC user with Word, Excel, PowerPoint.
• Work experience in international companies not less than three years.
• High level of integrity and discretion.
• Good knowledge of micro-finance or banking industry/market in Azerbaijan Republic is an advantage.
• Knowledge of best-practice micro-finance companies or banks, policies and models of domestic and foreign companies is an advantage.

FINCA Azerbaijan” offers a creative work environment, career opportunities and competitive compensation package with the financial services industry.

Deadline for applications is June 08, 2014:

If you meet the requirements above and are confident that your background and experience qualifies you for this position, please e-mail your detailed CV to [email protected] address indicating job reference number №313/14 and MBA in the subject line of your email. Otherwise applications may be overlooked.

For more information about “FINCA Azerbaijan” please visit www.fincaazerbaijan.com 

İşəgötürənin reytinqi