Kiçik kredit işçisi

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 27.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KARYERANI “MOL BULAK”DA QUR!

Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 30 filialı fəaliyyət göstərməkdədir.

Vəzifə: Kiçik kredit işçisi (Sumqayıt, Nəsimi, Nərimanov, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Göytəpə, Liman, Quba, Xaçmaz, Xudat, İsmayıllı, Qəbələ, Göyçay, Ağsu, Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goranboy, Zaqatala, Balakən, Qax, Ağstafa, Tovuz, Qazax, Zəyəm  filiallarına)

Kiçik Kredit işçisi aşağıdakı tələblərə cavab verməlidir:

- Orta-ixtissas və ya ali təhsili
- Ünsiyyət qurma və öyrənmə bacarığı
- Ailəli olması arzuolunandır
- İşlədiyi regionu yaxşı tanımalı
- Hər hansı bir ixtisas üzrə iş təcrübəsinə malik olmalı
- Elementar riyazi və məntiqi biliklər
- Müsbət reputasiyaya malik olmalı
- Yaş: 21 yaşdan yuxarı

Kredit mütəxəssisinin öhdəlikləri və məsuliyyəti:

1. Müştəriləri məlumatlandırıcı görüşlər, təlimlər keçirmək və digər üsullarla cəlb etmək;
2. Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, sahibkarlıq bacarıqları, ticarət aparma təcrübəsi, mülkiyyətə malik olmasının və onlar haqqında rəyləri tədqiqatlar, sorğular və məlumatlar, əldə olunmuş məlumatların öyrənilməsi, hesablanması və ticarət-planları vasitəsilə dəqiqliklə tədqiq edilməsi;
3. Potensial müştərilərə Şirkətin hədəf və məqsədlərini, kredit alma və qrup təşkil etmə yollarını izah edilməsi;
4. Siyasət və prosedurlara uyğun şəkildə yeni qruplar və təkrar qruplarla ilzami görüşlərin keçirilməsi;
5. Keyfiyyətli birgə məsuliyyət qruplarının hazırlanması, qrup borclarının vaxtlı-vaxtında qaytarılmasının monitorinqini aparma və təmin etmə;
6. İşdə ən nəticə verən ticarət proseslərindən istifadə etmə;
7. Kiçik ticarətin yaxşı təcrübələrini daim öyrənmək və bu bilik və fikirləri müştərilərə çatdırmaq;
8. Müştəriyə aid olan məlumatların təhlili və qiymətləndirilməsi vasitəsilə və "Zərər vermə" prinsipindən istifadə etməklə kredit, maliyyə məlumatlarını təhlil etmə;
9. Müştərilər tərəfindən sorğuda bildirilən məlumatların həqiqiliyinin yoxlanması;
10. Kredit verilməsi üçün sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və vaxtlı-vaxtında yenilənməsi;
11. Kredit siyasəti və prosedurlarına uyğunluq baxımından müştərilərin davranışlarının monitorinqinin aparılması;
12. 100 faizlik qayıdışa nail olmaq üçün müştərilər tərəfindən kreditlərin vaxtlı-vaxtında ödənməsini təmin etmək;
13. Filial müdirinə kredit prosesinin səmərəliliyin yüksəldilməsi üzrə təkliflər verilməsi, həmçinin iş prosesində əldə olunmuş faydalı məlumatların bildirilməsi;
14. Rəhbərlik tərəfindən tələb olunan müxtəlif hesabatların hazırlanması;
15. Nöqsan, pozuntu və gecikdirmələrlə bağlı Filial müdirini və Regional direktoru 24 saat ərzində xəbərdar etmək;
16. Hər bir müştəriyə hörmət etmək, nəvazişkarlıq, həmkarın köməyinə gəlməyə hazır olmaq və öz öhdəliklərini yerinə yetirmədə lazımi diqqət və ehtiyatı göstərmək;
17. Kollektivin tədbirlərində iştirak etmək və yerli ictimaiyyətdə baş vermiş hadisələrdən xəbərdar olmaq;
18. Mövqeyindən asılı olmayaraq digər əməkdaşların qeyri-qanuni, qeyri-əxlaqi və mövcud siyasət və prosedurlarla nəzərdə tutulmayan istənilən davranışları rəhbərliyə xəbər vermək;
19. Həvalə olunmuş öhdəliklərini Şirkətin daxili normativ aktları çərçivəsində yerinə yetirilməsinə ciddi şəkildə riayət olunması;
20. Xidməti məlumatların və müştərilər üzrə məlumatların məxfiliyinə ciddi riayət olunması;
21. Yeni iş istiqamətlərinin mənimsənilməsinə hazırlıqlı olma.

İş qrafiki 09:00-18:00

CV-lərinizi azərbaycan və ya rus dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.