İbtidai Sinif və Məktəbə Hazırlıq Müəllimi

  • Grade Academy
  • Elanın qoyulma tarixi: 02.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  Əsas vəzifələr :  

  • İbtidai sinif şagirdləri və məktəbə hazırlıq qrupları üçün dərslərin planlaşdırılması və keçirilməsi;
  • Tədris proqramına uyğun olaraq, şagirdlərin inkişafı və təlim-tərbiyəsi prosesinin təmin edilməsi;
  • Müasir təlim metodlarından və resurslardan istifadə edərək dərslərin maraqlı və interaktiv keçirilməsi;
  • Şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və onların təlim ehtiyaclarına uyğun fərdi yanaşma göstərilməsi;
  • Valideynlərə  şagirdlərin inkişafı haqqında məlumat vermək;
  • Mərkəzin tədbir və fəaliyyətlərində fəal iştirak etmək.

Tələblər: 

Təhsil: Müvafiq sahədə ali təhsil (ibtidai təhsil, pedaqogika );

Təcrübə: İbtidai siniflərlə iş təcrübəsi (ən azı 2-3 il);

Bacarıqlar: Müasir tədris metod və yanaşmalarını bilmək. Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları. Səbrli, məsuliyyətli və yaradıcı yanaşma.

  • İş qrafiki: 5 günlük;
  • Ünvan: Xətai rayonu, Həzi Aslanov m.st-sı yaxınlığı, İ.Zülfüqarov 47A