Müştəri xidmətləri üzrə mütəxəssis (Ağdaş)

  • AG Bank
  • Elanın qoyulma tarixi: 21.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri xidmətləri üzrə mütəxəssis (Ağdaş)

Tələblər:

    Ali təhsil
    Müştərilərlə iş təcrübəsi arzuolunandır
    Azərbaycan dillərində sərbəst danışma
    İngilis və rus dili arzuolunandır
    Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
    Gülərüz
    Operativ
    Kommunikativ
    Xoş xarici görünüş

Vəzifə funksia və öhdəlikləri:

Banka daxil olan müştərilərin qəbul edilməsi
Müştərilərə kreditlə bağlı ətraflı məlumat verilməsi
Daxil olan zənglərə peşəkar qaydada cavab vermək və onları düzgün istiqamətdə yönəltmək
Filiala gələn qonaqları qonaqpərvərlik və nəzakətlə qarşılamaq
İsmarıcları qəbul etmək, onları yazılı surətdə dərhal daxili elektron poçt vasitəsi ilə ünvanına göndərmək
Poçt xidmətləri vasitəsi ilə məktubları göndərmək
Filiala faksla daxil olan sənədləri çeşidləmək və ünvanlanan şəxsə çatdırmaq
Çıxan və daxil olan poçtu qəbul etmək, qeyd aparmaq və çeşidləmək.

İş şəraiti:

Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş elektron ünvanına [email protected]   göndərin. Əlaqəli şəxs – Elnur Axundov.
Mövzuda – Müştəri xidmətləri üzrə mütəxəssis qeyd etməyiniz xahış olunur.