Laboratoriya üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 26.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi; 
  • Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
  • Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi;
  • Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin edilməsi;
  • Sınaqlarının nəticələrinin düzgünlüyünü , obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
  • Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə edilməsi;
  • Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat verilməsi;
  • Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürülməsi;
  • Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxnılması.

Tələblər:

  • Ali təhsilli (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  •  Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

İş şərtləri:

  • İş yeri: Xırdalan şəhəri;
  • İş qrafiki: növbəli iş qrafiki;
  • Korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir; 
  • Əmək haqqı: İlk 3 ay 400. Sınaq müddətini keçdikdən sonra 800 azn.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laboratoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.