İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi olmalı(Kənd təsərrüfatı üzrə təcrübə arzuolunandır);
- Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
- 1C proqramında təcrübə üstünlükdür;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1108-1274 AZN + bonus;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.