Mətbuat katibinin köməkçisi (kopirayter)

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla fəaliyyət barədə ictimaiyyətə məlumatların çatdırılması, təbliğ edilməsi, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin təşkili;Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflərin verilməsi, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatların hazırlanması, işə yaradıcı yanaşaraq yeni ideyaların verilməsi;
  • İnternet resurslarının idarə edilməsi (Youtube, rəsmi səhifə) 
  • Mətbuat konfransı, brifinq və digər tədbirlərin təşkili;
  • Press reliz, məqalə və s. məlumatların hazırlanması;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • MS Office proqramlarını bilməli;
  • Azərbaycan dili (mükəmməl), ingilis dili (mükəmməl/upper-intermediate or higher).
  • Diqqətli və ünsiyyətcil olmalı;
  • KİV haqqında qanun və onun tələblərini bilməli;
  • Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Mətbuatın idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi.

Əmək haqqı – razılaşma əsasında

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron məktubun mövzu hissəsinə mütləq "Mətbuat katibinin köməkçisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.