İşin təsviri
                
                
                                
                Əmək Funksiyası:
	- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
 
	- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
 
	- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
 
	- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
 
	- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
 
	- Debitor və kreditor borcların uçotunun aparılması;
 
	- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
 
	- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
 
	- Gəlir və xərclərin uçotunun aparılması;
 
	- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
 
Vəzifə tələbləri:
	- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
 
	- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
 
	- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
 
	- Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
 
	- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3       
 
	- Digər zəruri tələblər: Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 vəs.) Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. 
 
Vəzifənin tələb etdiyi səriştəliliklər:
	- Problem həll etmə bacarıqları;
 
	- Təqdim etmə bacarığı;
 
	- Detallara diqqət;
 
	- Komandada işləmək bacarığı;
 
	- Analitik düşünmə bacarığı.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib (Bakı şəhəri)” qeyd etməyiniz xahiş olunu.