Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 21.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
  • İstehsal zamanı prosedur və təlimatlara, sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət və təmin etmək,
  • İstehsal edilən   məhsulların keyfiyyət standartlarına uyğunluğu yoxlanmalı;
  • İstehsal edilən   məhsulları kimyəvi, fiziki və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
  • İstehsal edilən   məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqları aşkarlamalı;
  • İstehsal zamanı uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

İş vaxtının norması:

  • 6 günlük iş rejimi;
  • İş yeri: Qazax rayonu

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: 800 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilən elektron poçtuna göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur