Daxili Əməliyyatlar şöbəsinə baş mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 18.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC  Əməliyyat Departamentinin Daxili Əməliyyatlar şöbəsinə baş mütəxəssis  vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Plastik kart Bankdaxili hesablara nəzarət;
• Plastik kartlar üzrə hesablaşmaların aparılması / klirinq;
• Bankomat və POSterminallarla aparılan əməliyyatlara nəzarət;
• “Ocean” systemi üzrə hesabatların hazırlanması;
• Kartlara individual yanaşma (status change, limit update) ;
• “Ocean” systemində parametrik ekranlara nəzarət;
• MilliKart tərəfindən verilən fayllar əsasında Bank (ICA 4085) üzrə MasterCard fayllarının AZN, USD, EUR, GBP və gələcəkdə digər valyutalarda ödəniş sistemləri üzrə beynəlxalq əməliyyatlara dair silinmələrin uçotunun aparılması;
• Müxabirləşmələrin oper vasitəsilə balansa birləşdirilməsi, gün sonu müxabirləşmələrin yoxlanılması, ilkin balansa çıxılması;
• MilliKart tərəfindən verilən fayllar əsasında sponsorluq etdiyimiz bankların Master Card faylları üzrə AZN, USD, EUR və gələcəkdə digər valyutalarda ödəniş sistemləri üzrə beynəlxalq əməliyyatlara dair silinmələrin uçotunun;
• Milli Kart tərəfindən verilən fayllar əsasında DəmirBank  üzrə Visa fayllarının AZN, USD, EUR, GBP və gələcəkdə digər valyutalarda ödəniş sistemləri üzrə beynəlxalq əməliyyatlara dair silinmələrinin uçotunun aparılması;
• Mili Kart tərəfindən təqdim olumuş Banklararası hesablaşmalar hesabatına əsasən  müvafiq müxabirləşmələrin hazırlanması və  oper vasitəsilə balansa birləşdirilməsi, ilkin balansa çıxılması,  sənədlər toplusunu yekun balansa çıxılması;
• MilliKart tərəfindən təqdim edilmiş “Netto-Clearing” hesabatına əsasən AgentPay ödəniş sistemi üzrə aparılan ödənişlərin müxbir hesabdan silindikdən sonra 4509-GoldenPay yığım hesabı ilə bağlanması.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil;
• Sahə üzrə 2-3 il iş stajı;
• Microsoft Office (Word, Excel, Access, Power Point) proqramları ilə sərbəst işləmək;
• MHBS-nın əsasları üzrə biliyə malik olmaq;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 iyun 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını (Daxili Əməliyyatlar şöbəsinə baş mütəxəssis) email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.