Metal Konstruksiya Quraşdırıcısı

  • Company
  • Elanın qoyulma tarixi: 16.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Əmək haqqı – 600-900
  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək 
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır 
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
  • Sığorta Təminatları var

Vəzifə öhdəlikləri:

  • Metalların növləri, onların ümumilikdə material tərkibi haqqında məlumatlı olmaq; 
  • Metal quraşdırma kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəni bacarmalı; 
  • İşlə bağlı çertyoj və planı oxumağı bilməli,  izah etməyi bacarmalı;
  • Çertyoj əsasında metal hissələri, bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı;
  • Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli;

Digər tələblər:

  • Orta və ya orta-texniki təhsil;
  • Ağır sənayedə 2 ildən yuxarı müvafiq peşə təcrübəsi;
  • İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı;
  • Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı.

 Ünvan:  Bakı şəhəri, Qaradağ rayonu

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

 

 

Company tərəfindən digər vakansiyalar