Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
Hesab və elektron qaimə-fakturaların yazılması;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti;
Gündəlik hesablar üzrə qalıqlar hesabatının hazırlanması;
Mal və Xidmətlər üzrə müqavilə və sifarişlərin yoxlanılması;
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması və təqdim edilməsini təmin etmək;
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
Namizədə tələblər :
Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
Dil bilikləri – Azərbaycan dili – səlis, Rus və İnglis dili- orta səviyədə;
Program billikləri SAP – üstünlükdür ;
1C 8.3 Mühasibat uçotu və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.