İşin təsviri
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Risklərin idarə edilməsi sahəsində ən azı 3 il təcrübə (keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə iş təcrübəsi arzu olunandır);
- İngilis dili biliyi (Rus dili arzuolunandır);
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Hesabatların hazırlanmasına dair təcrübənin olması;
- Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
- Kompyuter və şəbəkə təhlükəsizliyi, əsas şəbəkə servislərini anlamaq;
- Maliyyə sektorunda iş təcrübəsinin olması arzuolunandır;
- İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
- Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması prosesində iştirak;
- Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
- Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması.
Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin Aparıcı/Baş mütəxəssisi” mövzusu ilə email ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar