İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri 
(Əhatə edir amma məhdud deyil)
	- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil edilməsi; 
 
	- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
 
	- İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlərin keçirilməsi;
 
	- Baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabaqlayıcı məlumatların əldə edilməsi
 
	- Ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkili və keçirilməsi;
 
	- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin edilməsi;
 
	- Şirkətdə baş verən hər hansı bir insidentinlə bağlı şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparılması;
 
	- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edilməsi.
 
Namizədə qarşı tələblər  
	- Yaş:        30-55 yaş
 
	- Cins:        Kişi, Qadın
 
	- Təhsil:    Fərqi yoxdur. Hərbi, polis və s. sistemlərində işləməsi üstünlükdür
 
	- Dil bilikləri:    Rus dili. İngilis dili (məcburi deyil)
 
	- İş təcrübəsi:    3 ildən çox
 
İş Şəraiti:
Şəhər:  Bakı
Həftəlik iş günləri: Növbəli iş rejimi
İş yeri: Bakı, Koroglu metrosu yaxınlığı
Naharla təminat: Şirkət tərəfindən
Sosial Paketlər: Könüllü tibbi siğorta, Nəticələrə görə bonus,  Mobil danışıq
Əlaqə:
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.