İşin təsviri
İş rejimi: 08:30-17:30 (həftədə 40 saat)
Tələb olunan təhsil səviyyəsi:
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Tibb bacısı” vəzifəsini daşıyan şəxsin ixtisas üzrə subbakalavr və ya peşə ixtisas təhsilinin olması tələb edilir.
Tələb olunan bilik və bacarıqlar:
- Əmək, ailə qanunvericiliyini, səhiyyə sahəsinə aid qanunvericilik aktlarını;
- Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını;
- Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə prinsiplərini;
- Sanitar-profilaktika qaydalarını;
- MS Office proqramlarını;
- Əmək qanunvericiliyinin müvafiq maddələrini.
Tələb olunan səriştəliklər:
- Məsuliyyət və dürüstlük;
- Ünsiyyət;
- Əməkdaşlıq;
- Səbirlilik;
- Problem həll etmə;
- Planlaşdırma və təşkil etmə;
- Özünü motivə etmə və öyrənmə;
- Ədalətlilik və cavabdehlik.
Əsas vəzifə öhdəlikləri:
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də , “Tibb bacısı” kimi çalışacaq şəxsin əsas funksiyası, Mərkəzin nəzdində fəaliyyət göstərən Məktəqədər təhsil müəssisəsi və ümumtəhsil məktəbində təhsil alan şagirdlərə xidmət göstərən tibb məntəqəsinin işinin icrasını təmin etməkdir.
- Tibb məntəqəsinə gələn şagird və işçilərə lazımi tibbi müdaxilələri etmək;
- Mərkəz üzrə şagirdlərin sağlamlıq vəziyyətini izləmək və lazımi tədbirlər görmək;
- Təcili hallarda pediatrın təlimatlarına əsasən ilk tibbi müdaxiləni həyata keçirmək;
- Əməkdaşların və təhsilalanların müvafiq qanunvericiliyə uyğun olaraq vaxtlı-vaxtında tibbi-müayinədən keçirilməsi işinin təşkilinə köməklik etmək;
- Tibb məntəqəsi üzrə qeydiyyat və sənədləşmə
- İşlərinin səmərəli şəkildə təşkilinə köməklik etmək; bölmədəki tibbi avadanlıqları düzgün saxlayıb və istifadə etmək: təcili hallarda təlimata uyğun işləri icra etmək.
İş təcrübəsi:
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, “Tibb bacısı” vəzifəsini daşıyan şəxsin oxşar vəzifədə 1 il iş təcrübəsinin olması tələb edilir.
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.