İşin təsviri
Namizədə aid tələblər:
- 30-45 yaş arasında;
- Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsil arzu olunandır);
- Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
- 3 ildən çox marketinq sahəsində təcrübə olması;
- Səlis azərbaycan və rus dili bilikləri;
- Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
- MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
Əsas vəzifə və öhdəliklər:
- Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
- Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
- Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
- ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
- Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
- Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı-2000 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Mail:
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Marketinq üzrə menecer” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.