İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
- İlkin eskizin/cizginin hazırlanması;
- İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- İşçi layihənin hazırlanması
Digər məlumat:
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi
- AutoCAD, ArchiCAD, 3D max
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Xahiş olunur şəkilli CV-ləri və portfolionu e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Memar” qeyd edin.