İT şəbəkə üzrə mütəxəssis (network administrator)

İşin təsviri

Əmək funksiyaları:    

  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
  • Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
  • Şəbəkə sistemləri üzrə yenilikləri yoxlanılması və yenilənmə üzrə planın tərtib edilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması və təhlili;
  • İnternet və Data kanallarının istifadəsinin effektivliyinin təmin olunması;
  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemləri aradan qaldırmaq.

Vəzifənin tutulması şərtləri: 

  • Ali təhsil: İT üzrə;
  • İş stajı: şəbəkə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Server və Client əməliyyat sistemləri, Linux \ Unix server sistemləri, TCP/IP, NAT, DHCP, VLAN, RIP, VPN , OSPF, BGP, Radius, Load balancing  və s. şəbəkə servisləri üzrə dərin biliklərin olması;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri – arzuolunandır.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi müvafiq elektron ünvana göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur