İşin təsviri
Bizim ödənişli təcrübə proqramımızla siz:
- Praktik Təcrübə: İş həyatının real şərtləri ilə tanış ola bilərsiniz.
- Mütəxəssislərdən Öyrənmək: Sizi peşəkar mentorlar müşayiət edəcək və sizə yol göstərəcək.
- Şəbəkə Qurmaq: Sektorun öncül şirkətləri ilə əlaqələr qurma şansınız olacaq.
- Gələcək Karyera İmkanları: Təcrübə proqramını uğurla tamamlayanlar üçün işə qəbul şansları.
Bu fürsəti qaçırmayın! Bizim təcrübə proqramımız sizin gələcək karyera hədəflərinizə çatmaq üçün əla başlanğıc olacaq.
Vəzifə öhdəlikləri:
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsi
- Layihənin gedişatına nəzarət
- B2B müştəri müraciətlərinin cavablandırılması
- İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi
- Layihə sənədlərinin müvafiq tələblərə uyğun olmasını və layihənin gedişatına müsbət təsirinin təmin edilməsi
- Layihə Meneceri tərəfindən verilən tapşırıqların və vəzifə öhdəliklərinin deadline-lara uyğun olaraq yerinə yetirilməsi
Namizədə tələblər:
- Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə üzrə Ali təhsil
- Şəxsi və peşəkar inkişafa yönümlü
- Analitik və kreativ düşüncə tərzi
- Strateji düşünmə qabiliyyəti və təşəbbüskarlıq
- Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığı
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
- Dil Bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst)
- Kompüter Bilikləri: Microsoft Office
Müraciət etmək istəyən namizədlər CV-lərini email ünvanına göndərə bilərlər