İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal, məhsul və materialların təhlükəsizliyini, saxlanılması rejimini, sənədləşdirilməsini və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işini idarə etmək;
- Anbarda mal, məhsul və materialların standartlara uyğun müvafiq sistem, ardıcıllıq, səliqə ilə yığılmasını, yerləşdirilməsini və mühafizəsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Anbar əməliyyatlarının uçotunun və hesabatının aparılmasını təmin etmək.
Vəzifə tələbləri:
- Ali, orta ixtisas və ya peşə təhsili;
- Anbardar peşəsi üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarında işləmək bacarığı;
Əlavə məlumat:
İş qrafiki: 6 günlük iş həftəsi
İş yeri: Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsi, Füzuli Qayıdış təsərrüfatı
Son müraciət tarixi: 11.08.2024
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Anbardar-Füzuli rayonu) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.