İşin təsviri
İş yeri: Sumqayıt şəhəri
Vəzifə təlimatı:
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi və mühasibat yazılışlarının doğru şəkildə verilməsi;
- Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
- Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması;
- İdxal olunan mal-material üzrə YGB-lərin vaxtı-vaxtında işlənməsi və maya dəyərinin hesablanması;
- Elektron vergi sistemində gündəlik gələn elektron qaimə-fakturalara nəzarət olunması və uçotunun təşkili;
Tələblər:
- Prosesləri anında analiz etmək bacarığı
- İstehsalat sahəsində təcrübəsinin olması üstünlükdür
- İş təcrübəsi: Minimum 1-2 il iş təcrübəsi
- Təhsili: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
- IT bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli,
- “LOGO TİGER 3” proqramını bilməsi üstünlükdür
İş şəraiti:
- Ölkənin qabaqçıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Ə/h (1200-1500) müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir
- Davamlı karyera inkişafı
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.