İşin təsviri
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Təhsil: Ali və ya orta tibb
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il
- Kompyuter bilikləri – Microsoft Office (yaxşı səviyyədə)
Digər:
- İlkin sənədlərlə iş qaydasını bilməli;
- Sərbəst ünsiyyət bacarığı;
- Kollektiv ilə işləmək bacarığı;
- Operativlik və problemləri həll etmək bacarığı;
- Məsuliyyətli və intizamlı.
İşin təsviri:
- Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin elektron qeydiyyatının aparılması;
- Xəstəxana idarəetmə sisteminə müraciət edən şəxsin məlumatlarının düzgün daxil edilməsi;
- Müraciət edən şəxsə müraciəti ilə bağlı düzgün məlumatın verilməsi və yönləndirilməsi;
- Müraciət edən şəxsə göstəriləcək tibbi xidmətlərin xəstəxana idarəetmə sistemində qeydiyyat işinin aparılması;
- Müraciət edən şəxsə aid olan sənədlərin elektron surətlərinin bölmə müdirinə təhvil verilməsi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV email ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM - qeydiyyatçı) qeyd olunmalıdır;
- CV-lər 02.08.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.