Marketinq kampaniyalarına həm yaradıcı, həm də vizual həllərin verilməsi (qrafik, infoqrafika, illustrasiya, 2D / 3D animasiya, hərəkətli qrafik videolar);
Ənənəvi və rəqəmsal marketinq kanalları üçün vizualların hazırlanması;
Bank tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
Xarici kampaniyaların brendin nüfuzu, zahiri görünüşü və məntiqinə (look & feel) uyğun aparılmasına dair məsləhətlər verməklə kommunikasiya planlarının həyata keçirilməsinə töhfə verilməsi;
Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığını təmin edilməsi;
Korporativ stilin elementlərinin hazırlanması;
Video və foto montaj;
Brendbukun təlimatlarına əsaslanan vahid korporativ dizaynın hazırlanması və həmin korporativ dizaynın Bankın daxili proqram təminatı və məhsullarına daxil edilməsi;
Yeniliklərin və trendlərin təqib edilməsi və yeni idealar təklif edilməsi.
Tələblər
Ali təhsil;
Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili bilikləri üstünlükdür;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
Proqram bilikləri: Adobe İllustrator, Adobe Photoshop, Adobe after Effects, Adobe Premiere, Autodesk 3D’s Max / Blender / Cinema 4D, Microsoft Power Point, Microsoft Word.
Brandbookla işləmə təcrübəsi və bacarığı;
Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;