İşin təsviri
Vəzifə təlimatı:
- Emaila gələn sorğulara nəzarət etmək
- Sorğulara əsasən sifarişləri müvafiq şirkətlərə yönləndirmək
- Malların müştəriyə çatdırılmasını təmin etmək
- Sifarişlər təhvil verilənə qədər müştəri ilə mütəmadi əlaqə saxlamaq
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət etmək və satış menecerlərini məlumatlandırmaq
- Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etmək, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırmaq
- Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaratmaq
- Birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- Xanım namizədlərə üstünlük verilir
- Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq
- Kompüterlə işləmək bacarığı
- Excel/Word bilikləri yaxşı səviyyədə
- İş təcrübəsinin olmağı üstünlükdür
QEYD: Əmək haqqı müsahibə əsasında təyin olunur Şirkətin adı: NorrComp Service MMC
Tələblərə cavab verən namizədlərdən CV-lərini e-poçt-a göndərmələri xahiş olunur